NBCBank ASC yeni korporativ saytını müştərilərinin istifadəsinə verir.


Bu il 25 illiyini qeyd edəcək NBCBank ASC yeni korporativ saytını (www.nbcbank.az) müştərilərinin istifadəsinə verir. Tam fərqli konsepsiyada hazırlanmış yeni sayt özünü istifadə asanlığı ilə diqqəti çəkir.


Saytın strukturu və bölmələrin təşkili yenidən işlənilib və saytda daxil olan hər bir kəs Bankın göstərdiyi xidmət və təklif etdiyi məhsullar üzrə bütün məlumatları tam rahatlıqla əldə edə bilər. Eyni zamanda fərqli hazırlanmış interfeys də istifadəçilərin zövqünü oxşayacaq.


Həm fərdi, həm də korporativ müştərilər üçün fərqli dizaynda hazırlanmış bölmələrdə istifadəçilər istədikləri məhsul və xidmətlər haqqında məlumat ala bilməklə yanaşı “online banking” xidmətinin də üstünlüklərindən yararlana biləcəklər.


Kredit və plastik kartlar üçün “online” sifariş, “online” məlumatlandırılma, kredit və kommunal ödənişlərlərdən başqa, depozit və kredit kalkulyatoru, filial və bankomat şəbəkəsinin yerləşməsini göstərən xəritə və digər yeniliklər istifadəçilərin xidmətində olacaq.


Həmçinin də rahat mobil versiya müştərilərə saytın bütün özəlliklərindən smartfon və planşetlərdə istifadə etmək imkanını verir.