İnternet bankçılıq
932

Sizə geri dönəcəyik

Sizin sorğunuz göndərildi

Yaxın zamanda sizinlə əlaqə saxlanılacaq.

© NBC Bank - Bütün hüquqlar qorunur

Site by JIS

Cash by code

Şərtlər

“Cash by Code” xidməti - ATM vasitəsilə kart hesabından pul göndərmək və həmin vəsaiti kart olmadan ATM vasitəsilə almaq üçün nəzərdə tutulmuş xidmətdir.


Bu xidmətdən NBC Bankın bütün növ plastik kart istifadəçiləri yararlana bilər. “Cash-by-Code” xidmətində alan tərəf kimi istənilən fiziki şəxs çıxış edə bilər.

Köçürmənin aparılması qaydaları:

  • Kartınızı ATM daxil edin,
  • Xidmət olunacaq dili seçin,
  • FİN-kodunuzu daxil edin,
  • ATM/İnfoköşk menyusunda “cash by code” bölməsini seçin,,
  • Köçürməni alan şəxsin mobil telefon nömrəsini və köçürmənin məbləğini daxil edin.


Sistem iki hissədən ibarət kod formalaşdıracaq. Birinci hissə (Kod1) köçürməni alan şəxsin mobil telefonuna SMS-məlumat kimi göndəriləcək, ikinci hissə isə (Kod2) qəbz formasında çap ediləcək və köçürməni edən şəxsdə qalacaq. Pulu göndərən müştəri kodun ikinci hissəsini alana təqdim edir.Nağd pulu almaq üçün köçürməni alan kodun hər iki hissəsini daxil etməlidir. Kod 24 saat ərzində aktiv olur.


“Cash by Code” xidməti çərçivəsində köçürməni almaq üçün fiziki şəxs NBCBankın istənilən ATM-nə yaxınlaşaraq monitorun sağ yuxarı küncündə düyməni sıxır və açılan menyuda “Cash-by-Code” opsiyasını seçir. Açılan pəncərədə kodun hər iki hissəsini daxil edir. Əməliyyatın təsdiqlənməsi üçün müştəri həmçinin menyunun müvafiq pəncərəsində gözlənilən pul köçürməsinin məbləğini də daxil etməlidir. Əgər göstərilən bütün elementlər (kod və köçürmə məbləği) düzgün olarsa, bankomat müvafiq pul məbləğini verir.


Xidmət üzrə komisyon haqları:

Vəsaitin köçürülməsinə görə komisyon haqqı nağdlaşdırma komissiyası 1% (min 1 AZN) + 0,5% (min. 0,5%)-dir ( göndərən tərəfin hesabından tutulur).