İnternet bankçılıq
932

Sizə geri dönəcəyik

Sizin sorğunuz göndərildi

Yaxın zamanda sizinlə əlaqə saxlanılacaq.

Strateji baxış

Biz “NBCBank” olaraq, hər zaman müştərilərin dəyişən ehtiyaclarına uyğunlaşan, keyfiyyətli xidmət və çeşidli məhsul təklif edən bank kimi dəyərli olacağıq.

  • İşə sədaqətlə yanaşma: Biz ümumi işimizə sədaqətlə yanaşmaqla bankın missiyasını yerinə yetirməyə çalışırıq.
  • Qanunilik: Biz öz fəaliyyətimizdə, beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş prinsip və normalarını, Azərbaycan Respublikasının qanunvericiliyini, “Banklar haqqında” və “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunlarını, Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda korporativ idarəetmə standartlarının tətbiqi qaydaları” və digər xarakterli normativ aktlarını, Bankın Nizamnaməsini, Bankın daxili qayda və təlimatlarını rəhbər tutaraq bankın işgüzar adətlərinə dönmədən riayət edirik.Sosial ədalətlilik: Biz, sosial ədalətliliyə nail olmağa cəhd edirik.
  • Şəxsiyyətin şərəfinə və şəxsi dəyərlərinə hörmət: Biz, şəxsin sosial durumundan, milliyyətindən, dinindən, hüquqi statusundan asılı olmayaraq onun hüquq və azadlıqlarına hörmətlə yanaşırıq.
  • Peşəkarlıq: Biz, müştərilərə xidmət göstərilməsinə dair bütün əməliyyatları vicdanla, vaxtında və yüksək səviyyədə həyata keçirtməklə daim təkmilləşməyə, yeniliyə can atırıq. Biz Bankın daha səmərəli işi üçün yeni yollar, vasitələr və imkanlar axtarırıq.
  • Korporativlik: Biz, həmkarlarımızla öz münasibətlərimizi qarşılıqlı anlaşma, inam, qarşılıqlı yardım və korporativ həmrəylik əsasında quraraq professional bilik və təcrübəmizi mübadilə edirik.
  • Şəffaflıq: Biz fəaliyyətimizdə maksimum açıq və şəffaf olmaq siyasətini əsas tuturuq. Biz Bank haqqında informasıyanı açıqlamaq üçün bütün mümkün informasiya vasitələrindən istifadə etməyə çalışırıq və cəmiyyət ilə münasibətlərimizi bərabərlik və açıqlıq şəraitində qururuq.
  • Təhlükəsizlik: Biz müştərilərə, bankın əməkdaşlarına, səhmdarlara, dövlətə və dünya birliyinə münasibətdə üçüncü şəxslər tərəfindən hər hansı qanuna zidd hərəkətlərin qarşısını almaqdan ötrü lazım olan bütün tədbirləri görürük.
  • Məsuliyyətlilik: Biz bank xidmətlərinin keyfiyyətinə görə müştərilər qarşısında, öhdəliklərimizi lazımınca yerinə yetirməyə görə işgüzar tərəfdaşlar qarşısında, fəaliyyətimizin nəticələrinə görə səhmdarlar qarşısında, insan hüquq və azadlıqlarına hörmət edərək, Azərbaycan iqtisadiyyatının inkişafına töhfələr verməyə görə cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyırıq.
  • Korporativ Sosial Məsuliyyət: Biz məhsul və xidmətlərin hazırlanması və çatdırılması baxımından sosial məsuliyyətə xüsusi əhəmiyyət veririk. Sosial prоblеmlərin həlli üçün mühüm olan maddi və maliyyə resurslarına malikik. “Kоrpоrativ Sоsial Məsuliyyət” təkcə biznesin deyil, eləcə də, bütünlükdə cəmiyyətin inkişafına əsaslı yardım göstərə bilər. Kоrpоrativ Sosial Məsuliyyət dedikdə, ilk növbədə, biznes qurumunun könüllü sosial investisiya qoyuluşlarına hazırlığı nəzərdə tutulur. Yəni, sosial proqramların həyata keçirilməsi üçün maliyyə, maddi, tехniki, idarəçilik və s. rеsursların qоyuluşu anlaşılır.

Missiya hesabatı

"NBCBank" ASC–nin missiyası - müştərilərlə uzunmüddətli əlaqələr yaratmaq, kiçik və orta sahibkarlığın inkişafına kömək göstərmək, əhalinin istehlak kreditlərinə olan ehtiyaclarının ödənilməsinə töhfə vermək, iqtisadiyyatı keyfiyyətli bank məhsulları və xidmətləri ilə təmin etmək və insan resurslarını qorumaqdır.

  • Müştəri missiyamız – Müştərilərin dəyişən ehtiyaclarına uyğunlaşaraq keyfiyyətli bank xidməti göstərmək və onlarla uzunmüddətli əlaqələr yaratmaq.

Fəaliyyətimizlə maliyyə bazarında müştərilərə geniş spektrdə keyfiyyətli və maksimum rahat, sərfəli olan şərtlər təklif etməklə mövqeyimizi möhkəmləndirməyə, müştəri bazamızı artırmağa çalışırıq.

Müştərilərimizə bank xidmətləri bazarında istiqamətlənməyə kömək edərək, hər zaman müştərilərimiz üçün informasiya baxımından açıq və aydınıq. Elə işləməyə çalışırıq ki, müştərilərimiz bizimlə əməkdaşlıqdan qürur duysunlar.

  • Məhsul və Xidmət missiyamız – Çeşidli və keyfiyyətli məhsul və xidmətlər təklif etmək və bazarda yeni məhsul və xidmətlərlə fərqlənmək.

Geniş spektrdə bank xidmətləri və məhsulları təklif edirik. Xidmət və məhsullarımızı təklif edərkən müştərilərin cari ehtiyaclarını nəzərə alırıq. Xidmətlərimizin və məhsullarımızın keyfiyyətini daim yaxşılaşdırır və rəqabətqabiliyyətli yeni məhsullar hazırlayırıq.

  • Əməkdaşlar üçün missiyamız – Bilik və təcrübələrini artırmaqla karyerada inkişaf imkanını yaratmaq və əməkdaşların sosial rifahını yaxşılaşdırmaq.

Əməkdaşlarımızın peşəkar və mədəni səviyyəsini artıraraq, aparıcı maliyyə qurumlarının təcrübəsini öyrənir, adaptasiya, rotasiya və karyera inkişafı qaydalarını tətbiq edirik. Mütəmadi olaraq onların keyfiyyətli fəaliyyətini stimullaşdırır və yaxşı nəticələrinə görə motivasiya edirik. Sağlamlıqlarının və təhlükəsizliklərinin qeydinə qalırıq və sosial rifahının yaxşılaşdırılması üçün çalışırıq.

  • Səhmdarlar üçün missiyamız – Səhmdarlarımızın artan gəlirliyini təmin etmək və səhmdar siyahısını genişləndirmək. Cari səhmdarlar qarşısında olan öhdəliklərimizi layiqincə yerinə yetirməyə çalışırıq.
  • Tərəfdaşlıq missiyamız – Qanuni, qarşılıqlı anlaşma və şəffaflıq şəraitində tərəfdaşlıq qurmaq.

Tərəfdaşlarımıza qarşı səmimiyik, birgə maraqlarımızı nəzərə alaraq uzunmüddətli əlaqələr yaratmağa və bu əlaqələri daha da möhkəmləndirməyə çalışırıq. Bizi tərəfdaş seçmək istəyənləri hər zaman dinləməyə və lazım gələrsə qəbul etməyə hazırıq.

  • Rəqabət missiyamız – Vicdanlı rəqabət aparmaqla fəaliyyətimizin rəqabətqabiliyyətliliyini yüksəltmək.

Bazarda rəqabətli olmaqla yanaşı, rəqiblərimizin maraqlarına, reputasiyasına hörmətlə yanaşırıq və vicdanlı rəqabət aparmağın tərəfdarıyıq. Xidmət və məhsullarımızı təkmilləşdirərək, resurslarımızı artıraraq və onlardan daha effektiv istifadə edərək rəqabətqabiliyyətliliymizi dayanmadan yüksəltməyə çalışırıq.

  • İnkişaf missiyamız – Daim yeni inkişaf imkanları axtararaq xidmət şəbəkəsini genişləndirmək və bazar payını artırmaq.

Bazarın potensialından maksimum istifadə etməklə onu tam əhatə etməyə və xidmət şəbəkəsini genişləndirərək bazar payımızı artırmağa çalışırıq.

İqtisadiyyata töhfə missiyamız – İnsan resurslarını qorumaqla, əhaliyə keyfiyyətli bank xidməti göstərərək, kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradaraq iqtisadi artıma

Daxili Komitələr:

  • Audit Komitəsi:

Komitənin sədri: Əliyev Aləmşad Cavanşir oğlu 13.02.1974-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini Mühasibat uçotu ixtisası ilə bitirib.

• 2009-cu ildən “Nurgün Qrup” Məhdud Məsuliyyətli Müəssisə - Vitse Prezident

Komitənin üzvi: Əsgərov Rasim Nazim oğlu. 28.04.1984-cü ildə anadan olub. Bakalavr təhsilini 2001 – 2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin "İqtisadiyyatın Hüquqi Tənzimlənməsi" fakultəsində almışdır.

• 2019-cu ildən “Nurgün Qrup” MMM İstehlak Departamentinin Müdiri vəzifəsində çalışır.

Komitənin üzvi: Məmmədov Mehti Yaşar oğlu. 05.02.1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ixtisası – Beynəlxalq iqtisadi münasibətlər

• 2019-cu ildən - "Rəvan" Sığorta şirkətində "Filiallar və Nümayəndəliklərlə iş" Departamentinin Müdiri.

  • Kredit Komitəsi:

Komitənin sədri: Zeynalov Kazım Ağa Həsən oğlu 06.08.1980-ci ildə Bakı ş. anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Ixtisası – Mühəndis iqtisadiyyatı və idarəetmə.

• 03.10.2016 – cı il tarixindən İH Sədr müavini

Komitənin üzvü - Əliyev Qasım Kamil oğlu– 08.03.1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-2015–ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə” ixtisası ilə bitirib.

• 21.01.2019–cu il tarixindən “NBCBank” ASC-nin İH Sədr müavini

Komitənin üzvü: Səfərov Fuad Caməddin oğlu 16.01.1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisası – Ümumi İqtisadiyyat

• 05.12.2017–ci il tarixindən - "NBCBank" ASC Baş Direktor

Komitənin üzvü: Məmmədov Anar Fərda oğlu– 11.05.1980-cı ildə Sumqayıt şəhərində anadan olub. 1998-2003–ci illərdə İstanbulun Fatih Universitetini “Beynalxalq İqtisadi Münasibətlər” ixtisası ilə bitirib.

• 17.01.2018-ci il tarixindən “NBCBank” ASC İT Departamentinin müdiri

Komitənin üzvü: Abbasova Sayalı İbrahim qızı - 28.01.1974-cü ildə Sumqayıt şəhərində anadan olub. 1991-1997–ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “İqtisadçı” ixtisası ilə bitirib.

• 23.04.2018-cı ildən “NBCBank” ASC Risklərin İdarə Olunması Departamentinin müdiri

  • RİO Komitəsi:

Komitənin Sədri: Qənbərov Fuad Əlinağı oğlu. 16.09.1975-ci il tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. F.Ə.Qənbərov 1991-1996-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. İqtisad Elmləri Namizədidir.

• 02.10.2014 –cü il tarixindən “NBCBank” ASC Müşahidə Şurasının Sədri

Komitənin üzvü - Əliyev Qasım Kamil oğlu– 08.03.1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-2015–ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə” ixtisası ilə bitirib.

• 21.01.2019–cu il tarixindən “NBCBank” ASC-nin İH Sədr müavini

Komitənin üzvü - Zeynalov Kazım Ağa Həsən oğlu 06.081980-ci il tarixində Bakı ş. anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Ixtisası – Mühəndis iqtisadiyyatı və idarəetmə.

• 03.10.2016 – cı il tarixindən “NBCBank” ASC-nin İH Sədr müavini

Komitənin üzvü: Səfərov Fuad Caməddin oğlu 16.01.1984-cü il tarixində Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisası – Ümumi İqtisadiyyat

05.12.2017 –ci il tarixindən - "NBCBank" ASC-nin Baş Direktoru

Komitənin üzvü: Məmmədov Anar Fərda oğlu– 11.05.1980-cı ildə Sumqayıt şəhərində anadan olub. 1998-2003–ci illərdə İstanbulun Fatih Universitetini “Beynalxalq İqtisadi Münasibətlər” ixtisası ilə bitirib.

• 17.01.2018-ci il tarixindən “NBCBank” ASC. İT Departamentinin müdiri.

  • APİK:

Komitənin Sədri: Qasımov Səid Rauf oğlu. 22.09.1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-2003-cü illərdə Qərb Universitetinin BİM fakultəsində bakalavr, 2003-2005-ci illərdə isə ADİU-nin Beynəlxalq Biznes fakultəsində magistr təhsili almışdır.

• 17.10.2013 - “NBCBank” ASC-nin İH-nin Sədr müavini, 11.05.2016-cı ildən İH Sədrinin v.i.e.

Komitənin üzvü -Əliyev Qasım Kamil oğlu– 08.03.1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-2015–ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə” ixtisası ilə bitirib.

• 21.01.2019 –cu il tarixindən “NBCBank” ASC-nin İH-nin Sədr müavini

Komitənin üzvü: Abbasova Sayalı İbrahim qızı - 28.01.1974-cü ildə Sumqayıt şəhərində anadan olub. 1991-1997–ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “İqtisadçı” ixtisası ilə bitirib.

• 23.04.2018-cı ildən “NBCBank” ASC. Risklərin İdarə Olunması Departamentinin müdiri

Komitənin üzvü: Məlikov Baxış Məmmədəli oğlu – 20.12.1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb və Maliyyə kredit ixtisası ilə bitirib.

• 02.10.2013-cü il tarixindən “Maliyyə” Departamentinin Müdiri

Komitənin üzvü: Əliyev Samir Nurəddin oğlu. 27.07.1980-cı ildə Masallı rayonunda anadan olub. 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi Mühasibat uçotu və audit ixtisası ilə Bakalavr, 2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası ilə Magistr təhsili alıb.

• 10.02.2017 – ci il tarixindən Riteyl Bankçılıq Departamentinin Müdiri.

  • İnsan Resursları Komissiyasi:

Komissiyanın Sədri - Səfərov Fuad Caməddin oğlu 16.01.1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisası – Ümumi İqtisadiyyat

05.12.2017–ci il tarixindən - "NBCBank" ASC-nin Baş Direktoru.

Komissiyanın üzvü:Qasımov Səid Rauf oğlu. 22.09.1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-2003-cü illərdə Qərb Universitetinin BİM fakultəsində bakalavr, 2003-2005-ci illərdə isə ADİU-nin Beynəlxalq Biznes fakultəsində magistr təhsili almışdır.

• 17.10.2013 - “NBCBank” ASC-nin İH-nin Sədr müavini, 11.05.2016-cı ildən İH Sədrinin v.i.e.

Komissiyanın üzvü:Zeynalov Kazım Ağa Həsən oğlu 06 avqust 1980-ci ildə Bakı ş. anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Ixtisası – Mühəndis iqtisadiyyatı və idarəetmə.

• 03.10.2016 – cı il tarixindən - “NBCBank” ASC-nin İH Sədr müavini

Komissiyanın üzvü: Əliyev Qasım Kamil oğlu– 08.03.1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-2015–ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə” ixtisası ilə bitirib.

• 21.01.2019–cu il tarixindən “NBCBank” ASC-nin İH Sədr müavini

Komissiyanın üzvü – Əliyeva Samirə Məmməd qızı 08 yanvar 1974-cü ildə Bakı şəhərində anadan olub, 1990-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Kimya Texnologiya fakültəsində təhsil alıb.

• 01.03.2010-cu il tarixindən “NBCBank” ASC-də İRİ Departameninin müdiri vəzifəsində çalışır

  • Mükafatlandırma Komitəsi:

Komitənin Sədri: Qənbərov Fuad Əlinağı oğlu. 16.09.1975-ci il tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. F.Ə.Qənbərov 1991-1996-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. İqtisad Elmləri Namizədidir.

• 02.10.2014 –cü il tarixindən “NBCBank” ASC Müşahidə Şurasının Sədri

Komitənin üzvü: Qasımov Səid Rauf oğlu. 22.09.1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-2003-cü illərdə Qərb Universitetinin BİM fakultəsində bakalavr, 2003-2005-ci illərdə isə ADİU-nin Beynəlxalq Biznes fakultəsində magistr təhsili almışdır.

• 17.10.2013 - “NBCBank” ASC-nin İH-nin Sədr müavini, 11.05.2016-cı ildən İH Sədrinin v.i.e.

Komitənin üzvü: Zeynalov Kazım Ağa Həsən oğlu 06.08.1980-ci ildə Bakı ş. anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Ixtisası – Mühəndis iqtisadiyyatı və idarəetmə.

• 03.10.2016 – cı il tarixindən “NBCBank” ASC-nin İH-nin Sədr müavini

Komitənin üzvü: Əliyev Qasım Kamil oğlu– 08.03.1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-2015–ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə” ixtisası ilə bitirib.

• 21.01.2019 –cu il tarixindən “NBCBank” ASC-nin İH-nin Sədr müavini

Komitənin üzvü: Səfərov Fuad Caməddin oğlu 16.01.1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisası – Ümumi İqtisadiyyat

05.12.2017–ci il tarixindən - "NBCBank" ASC-nin Baş Direktoru

Yarandığı gündən etibarən "NBCBank" Azərbaycan əhalisinə yüksək keyfiyyətli bank xidmətləri göstərməyə çalışır.

"NBCBank"-ın etibarlı və dinamik maliyyə təşkilatı qismində nüfuzu, müştərilərin tələbatının yüksək səviyyədə ödənilməsinə və bankın ən vacib məqsədlərinə nail olmasına kömək etməklə yanaşı, həm də bankın aparıcı maliyyə təşkilatı qismində beynəlxalq aləmdə tanınmasına şərait yaradır.Bunun göstəricisi olaraq bankımız bir çox mükafatlara layiq görülüb.