İnternet bankçılıq
932

Sizə geri dönəcəyik

Sizin sorğunuz göndərildi

Yaxın zamanda sizinlə əlaqə saxlanılacaq.

17 dekabr 1992-ci ildə yaradılan “Ruzu” SKB Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Səhmdar Kommersiya Bankı kimi 25 saylı sənədlə qeydiyyatdan keçmiş və 30 dekabr 1992-ci il tarixindən 112 saylı lisenziyaya əsasən müvafiq bank əməliyyatlarını həyata keçirmişdir.

17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək “NBCBank” KB kimi bank sektorunda fəaliyyəti davam etdirilmişdir.

2005 - ci ilin mart ayından isə Qanunvericiliyin tələbinə uyğun olaraq təşkilatı-hüquqi formasında dəyişiklik edilərək Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

“NBCBank” - ın Baş ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən Mərkəz, 1 Saylı, Nəsimi, Babək, Yasamal, Gənclik, Əhmədli və regionlarda fəaliyyət göstərən Sumqayıt,Gəncə, Şəki və Lənkəran filialları olmaqla 11 filial və Sahil şöbəsindən ibarətdir.

“NBCBank” ASC - EBRD (Avropa Yenidənqurma və İnkişaf Bankı), İFC, ADB (Asiya İnkişaf Bankı), İCD (İslam İnkişaf Korporasiyası), DWM (Amerika),Societe Generale, Oikokredit (Hollandiya), USAİD, BankWorld , HVB Bank, Raiffeisen Bank, Austria Creditanstalt Bank, Aizkraukles Bank, VTB Bank, Akbank kimi müxtəlif aparıcı xarici bank və maliyyə institutları ilə əməkdaşlıq edir.

2009 - cu ildə “BankWorld” - dan USAİD (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi) vasitəsi ilə texniki yardımlar alınmışdır.

“NBCBank”ASC-nin təsisçi şirkəti “Nurgün Qrup” MMM-dir.

Yarandığı gündən etibarən "NBCBank" Azərbaycan əhalisinə yüksək keyfiyyətli bank xidmətləri göstərməyə çalışır.

"NBCBank"-ın etibarlı və dinamik maliyyə təşkilatı qismində nüfuzu, müştərilərin tələbatının yüksək səviyyədə ödənilməsinə və bankın ən vacib məqsədlərinə nail olmasına kömək etməklə yanaşı, həm də bankın aparıcı maliyyə təşkilatı qismində beynəlxalq aləmdə tanınmasına şərait yaradır.Bunun göstəricisi olaraq bankımız bir çox mükafatlara layiq görülüb.