"NBCBank" ASC –nin missiyası: Müştərilərlə uzunmüddətli əlaqələr yaratmaq, kiçik və orta sahibkarlığın
inkişafına kömək göstərmək, əhalinin istehlak kreditlərinə olan ehtiyaclarının ödənilməsinə tövhə
vermək, iqtisadiyyatı keyfiyyətli bank məhsulları və xidmətləri ilə təmin etmək və insan resurslarını
qorumaqdır.
• Müştəri missiyamız – Müştərilərin dəyişən ehtiyaclarına uyğunlaşaraq keyfiyyətli bank xidməti göstərmək və onlarla uzunmüddətli
əlaqələr yaratmaq.
Fəaliyyətimizlə maliyyə bazarında müştərilərə geniş spektrdə keyfiyyətli və maksimum rahat, sərfəli olan şərtlər təklif etməklə mövqeyimizi
möhkəmləndirməyə, müştəri bazamızı artırmağa çalışırıq. Müştərilərimizə bank xidmətləri bazarında istiqamətlənməyə kömək edərək, hər zaman
müştərilərimiz üçün informasiya baxımından açıq və aydınıq. Elə işləməyə çalışırıq ki, müştərilərimiz bizimlə əməkdaşlıqdan qürur duysunlar.
• Məhsul və Xidmət missiyamız – Çeşidli və keyfiyyətli məhsul və xidmətlər təklif etmək və bazarda yeni məhsul və xidmətlərlə fərqlənmək.
Geniş spektrdə bank xidmətləri və məhsulları təklif edirik. Xidmət və məhsullarımızı təklif edərkən müştərilərin cari ehtiyaclarını nəzərə
alırıq. Xidmətlərimizin və məhsullarımızın keyfiyyətini daim yaxşılaşdırır və rəqabətqabiliyyətli yeni məhsullar hazırlayırıq.
• Əməkdaşlar üçün missiyamız – Bilik və təcrübələrini artırmaqla karyerada inkişaf imkanını yaratmaq və əməkdaşların sosial rifahını yaxşılaşdırmaq.
Əməkdaşlarımızın professional və mədəni səviyyəsini artıraraq, aparıcı maliyyə qurumlarının təcrübəsini öyrənir, adaptasiya və istifadə edirik.
Mütəmadi olaraq onların keyfiyyətli fəaliyyətini stimullaşdırır və yaxşı nəticələrinə görə motivasiya edirik. Sağlamlıqlarının və
təhlükəsizliklərinin qeydinə qalırıq və sosial rifahının yaxşılaşdırılması üçün çalışırıq.
• Səhmdarlar üçün missiyamız – Səhmdarlarımızın artan gəlirliyini təmin etmək və səhmdar siyahısını genişləndirmək.
Cari səhmdarlar qarşısında olan öhdəliklərimizi layiqincə yerinə yetirməyə çalışmaqla yanaşı, səhmdarımız olmaq istəyənlərə qarşı da biganə qalmırıq.
• Tərəfdaşlıq missiyamız – Qanuni, qarşılıqlı anlaşma və şəffaflıq şəraitində tərəfdaşlıq qurmaq.
Tərəfdaşlarımıza qarşı səmimiyik, birgə maraqlarımızı nəzərə alaraq uzunmüddətli əlaqələr yaratmağa və bu əlaqələri daha da möhkəmləndirməyə
çalışırıq. Bizi tərəfdaş seçmək istəyənləri hər zaman dinləməyə və lazım gələrsə qəbul etməyə hazırıq.
• Rəqabət missiyamız – Vicdanlı rəqabət aparmaqla fəaliyyətimizin rəqabətqabiliyyətliliyini yüksəltmək.
Bazarda rəqabətli olmaqla yanaşı, rəqiblərimizin maraqlarına və reputasiyasına hörmətlə yanaşırıq və vicdanlı rəqabət aparmağın tərəfdarıyıq.
Xidmət və məhsullarımızı təkmilləşdirərək, resurslarımızı artıraraq və onlardan daha effektiv istifadə edərək rəqabətqabiliyyətliliymizi dayanmadan
yüksəltməyə çalışırıq.
• İnkişaf missiyamız – Daim yeni inkişaf imkanları axtararaq xidmət şəbəkəsini genişləndirmək və bazar payını artırmaq.
Bazarın potensialından maksimum istifadə etməklə onu tam əhatə etməyə və xidmət şəbəkəsini genişləndirərək bazar payımızı artırmağa çalışırıq.
• İqtisadiyyata tövhə missiyamız – İnsan resurslarını qorumaqla, əhaliyə keyfiyyətli bank xidməti göstərərək, kiçik və orta sahibkarlığın inkişafına
zəmin yaradaraq iqtisadi artıma tövhə vermək.