|
"Rəvan Sığorta"MMC
1998-ci ildən fəaliyyət göstərən "Rəvan Sığorta"MMC artıq 10 illik təcrübəyə malik bir şirkət kimi sığorta bazarında xüsusi mövqeyə sahibdir. 2007-ci ildə Şirkət təsisçilərinin dəyişməsi ilə "Rəvan Sığorta"MMC Nurgün Şirkətlər Qrupunun tərkibinə daxil olmuşdur. Hal-hazırda "Rəvan Sığorta"MMC 1 960 800 manat nizamnamə kapitalı ilə Azərbaycanda sığorta şirkətləri arasında ən yüksək kapitala malik olan şirkətlərdən biridir. "Rəvan Sığorta"MMC 19 sığorta növü üzrə fəaliyyət göstərir ki, bunlar:
- Nəqliyyat vasitəsinin (kasko) sığortası; - Yük sığortası; - Əmlakın yanğından və digər əlavə risklərdən sığortası; - Fərdi qəza sığortası; - Könüllü tibbi sığorta və s.-dir.
"Rəvan Sığorta"MMC-nin əsas prinsipi dünya standartlarına uyğun sığorta xidməti göstərməkdir. Bunun üçün şirkətdə daim mövcud sığorta növlərinin təkmilləşdirilməsi və müştəri tələblərinə cavab verən yeni sığorta proqramlarının yaradılması prosesi gedir.
Sığortalıların tələblərini operativ təmin etmək üçün günün 24 saatı, həftənin 7 günü calışan sığorta ekspertləri fəaliyyət göstərir. Bu da öz növbəsində dəymiş zərərlə bağlı sığorta ödənişinin qısa müddətdə həyata keçirilməsinə şərait yaradır.
Çoxillik sığorta təcrübəsinə və yüksək peşəkarlığa malik, xaricdə sığorta təhsili almış və sığorta təcrübəsi keçmiş əməkdaşlar müştərilərə göstərilən xidmətin yüksək keyfiyyətini təmin edir.
Təkrarsığorta və broker şirkətləri ilə əlaqələr qurmuş şirkətimiz böyük həcmli risqləri xarici sığorta bazarlarında müştərilərimizin ehtiyaclarına uyğun təkrarsığortasını həyata keçirir.
Şirkətimiz hər bir müştərini məmnun edəcək sığorta tarifləri təqdim etməklə, müştərilərinə risklərin sərbəst seçimi və sığorta haqqının hissələrlə ödəmə imkanı yaradır.
Həmçinin bizim xidmətlərimizdən istifadə etməklə Sizlər avtomobil sığortası üzrə respublikamızda fəaliyyət göstərən rəsmi avtomobil dilerlərin texniki servis mərkəzində avtomobilinizi zəmanətli təmir etdirmək imkanı qazanmış olursuz.
Bundan əlavə istənilən an təmənnasız sığorta sahəsində məsləhətlər almaq üçün şirkətə müraciət oluna bilər.
Sizləri "Rəvan Sığorta"MMC sığortalanmaqla fərqli sığortaya sahib olmağa dəvət edirik!
Tel. (+994 12) 448 33 11 Fax. (+994 12) 448 33 55
Ünvan: Bakı şəhəri, Nərimanov r-nu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054 |