07.09.2010 - 04:44 Ana səhifə | Saytın xəritəsi | Əlaqə
az | ru | en

Böyük məbləğdə pulla dolu  cüzdanları yanınızda daşımağa ehtiyac yoxdur - onları kart əvəz edəcək

Siz mağazalarda, restoranlarda, mehmanxanalarda, müxtəlif servis xidmətlərində və kartınızın qəbul  edildiyi digər yerlərdə, həm də təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də istənilən alış-veriş və istənilən  xidmətə görə ödənişi  həyata keçirə bilərsiniz. Hətta əvvəlcədən nəzərdə tutmadığınız təsadüfi xərclər də sizi qorxutmayacaq

Yer  kürəsində istənilən  nöqtəsində  günün istənilən vaxtında, eyni zamanda  bayram və istirahət günlərində  Sizin üçün əlverişli  valyuta ilə nəğd pul əldə edə bilərsiz, belə ki, valyuta dəyişmə məntəqələrindən fərqli olaraq bankomatlar 24 saat işləyir

Xarici səfərlər zamanı  kartınızı gömrük məntəqəsində rəsmiləşdirmək lazım gəlməyəcək. Ölkədən çıxardığınız valyuta məbləğinə məhdudiyyət  qoyulmayacaq, çünki Sizin bank hesabınız da Sizinlə bərabər  "səfərdə olacaq"

Öz tələblərinə  uyğun olaraq və gəlirinizin səviyyəsindən asılı olaraq istənilən sistemə məxsus və istənilən  dəyərdə  istənilən plastik kartı əldə edə bilərsiniz

Xaricdə olduğunuz müddətdə yerli valyutanı  almaq məcburiyyətindən azad olacaqsınız və  valyuta kurslarındakı  fərqə görə heç bir şey itirməyəcəksiniz

Plastik kartların  istifadəsinin  şəksiz üstünlüyünü  diskont kartlarının onları müşayiət etməsidir, alınan mallara və xidmətlərə görə ödəniş həyata   keçirilən zaman  bu kartlar öz sahibinə müxtəlif  növ, bəzən  kifayət qədər böyük güzəştlər qazandırır

Sizdən başqa heç bir şəxs bankomatdan nağd  pul  götürə  bilməz, çünki bunu etmək üçün  yalnız  kart sahibinə məlum olan şəxsi identifikasiya nömrəsini (PİN) bilmək lazımdır

Kart itirilən  və ya oğurlanan zaman  Sizin vəsaitləriniz mühafizə olunur. Kartı itirdiyiniz barədə dərhal Azərikarta məlumat verməyiniz kifayət edir. Sizin kart hesabınız bağlanacaq və cinayətkar artıq ondan istifadə edə bilməyəcək

Plastik kart - pullarınızı saymağı bacardığınızdan və bankınızın etibarından yararlandığınızdan xəbər verir. Xaricdə bəzi xidmətlər, məsələn, avtomobillərin  icarəyə verilməsi yalnız beynəlxalq plastik kart sahiblərinə təklif olunur. Plastik karta  sahiblik özünə əminlik hissi yaradır. Bu kartın  sahibinin yer kürəsinin istənilən  nöqtəsində diqqət və hörmətlə  dolu  xidmət gözləməyə haqqı var.

 


Azərbaycan Respubilkası AZ1033,
Bakı ş. Şahin Mustafayev küç. 27/121

Tel: (+994 12) 514 01 16, (+994 12) 514 01 17
Faks: (+994 12) 566 94 78

E-mail: info@nbcbank.az
URL: www.nbcbank.az


Programming by DreamArt © 2009