11.09.2010 - 04:05 Ana səhifə | Saytın xəritəsi | Əlaqə
az | ru | en

BİZNES KREDİTLƏRİ

NBC Bank şirkətlərə və sahibkarlara fəaliyyətin genişləndirilməsi üçün biznes kreditləri təklif edir.Biznes kreditlər həm dövriyyə vəsaitinin, həm də əsas vəsaitin maliyyələşdirilməsinə yönəldilə bilər.

Biznes kreditlərinin verilmə şərtləri bir biri ilə bağlı olan neçə amildən asılıdır: kreditin məqsədi, məbləği,müddəti,təminatı, kredit alanın biznesinin növü, maliyyə vəziyyəti, bankla əməkdaşlıq müddəti, kredit tarixçəsi, fəaliyyət göstərdiyi ərazi və sair.

Biznes kreditlərinin növləri

NBC Bank da biznes kreditləri məbləğindən asılı olaraq 2 qrupa bölünür:

Kiçik Biznes kreditləri

Orta Biznes kreditləri

Kiçik Biznes kreditləri

Kiçik Biznes kreditləri aşağıdakı şərtlərlə verilir:

Məbləğ:                     500-10 000 AZN

Müddət:                     dövriyyə vəsaiti üçün- 18 aya qədər əsas vəsait üçün-24 aya qədər

Faiz                           30%-36%

Təminat:                   zaminlik,daşınmaz və daşınar əmlak

 

Orta Biznes kreditləri

Məbləğ:                 10 001- 100 000 AZN

Müddət:                   dövriyyə  vəsaiti üçün - 24 aya qədər

                                 əsas vəsait üçün - 36 aya qədər

Faiz                          22%-30%

Təminat:                   daşınmaz və daşınar əmlak

 

Biznes kreditin alınması proseduru

Müştəri Bankın hər-hansı filialına kredit mütəxəssisinə müraciət etməlidir və onunla biznes kreditinin alınması barədə ilkin danışıq aparmalıdır

Kredit almaq üçün Bankda ərizə blankını doldurmalıdır

Kreditin verilməsi məsələsinə baxılmaq üçün zəruri olan məlumatları və sənədləri təqdim etməlidir.Muraciətə 3 gün ərzində rəy bildirir.

 


Azərbaycan Respubilkası AZ1033,
Bakı ş. Şahin Mustafayev küç. 27/121

Tel: (+994 12) 514 01 16, (+994 12) 514 01 17
Faks: (+994 12) 566 94 78

E-mail: info@nbcbank.az
URL: www.nbcbank.az


Programming by DreamArt © 2009