07.09.2010 - 04:48 Ana səhifə | Saytın xəritəsi | Əlaqə
az | ru | en

"Nəğd pulla dolu cüzdanları yanınızda daşımağa ehtiyac yoxdur - onları plastik kart əvəz edə bilər"

Plastik kartların üstülükləri:

  • Siz mağazalarda, restoranlarda, mehmanxanalarda, müxtəlif servis xidmətlərində və kartınızın qəbul edildiyi diger yerlərdə, həm də təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də istənilən aliş-verişi və istənilən xidmətə görə ödənişi həyata keçirə bilərsiniz. Hətda, əvvəlcədən nəzərdə tutmadığınız təsadüfi xərclər də sizi qorxutmayacaq.
  • Yer kürəsinin istənilən nöqtəsində günün istənilən vaxtında, eyni zamanda bayram və istirahət günlərinda Sizin üçün əlverişli valyuta ilə nəğd pul əldə edə bilərsiniz, bele ki, valyuta dəyişmə məntəqələrindən fərqli olaraq bankomatlar 24 saat işləyir.
  •  Xarici səfərlər zamanı kartınızı gömrük məntəqəsində rəsmiləşdirmək lazım gəlməyəcək. Ölkədən çıxardığınız valyuta məbləğinə məhdudiyyət qoyulmayacaq, çünki Sizin bank hesabınız da Sizinlə bərabər "səfərdə olacaq"
  • Öz tələblərinizə uyğun olaraq və gəlirinizin səviyyəsindən asılı olaraq istənilən sistemə məxsus və istənilən dəyərdə istənilən plastik kartı əldə edə bilərsiniz
  • Xaricdə olduğunuz müddətdə yerli valyutanı almaq məcburiyyətindən azad olacaqsınız və valyuta kurslarındakı fərqə görə heç bir şey itirməyəcəksiniz
  • Plastik kartların istifadəsinin şəksiz üstünlüyü diskont kartlarının onları müşayiət etməsidir, alınan mallara və xidmətlərə görə ödəniş həyata keçirilən zaman bu kartlar öz sahibinə müxtəlif növ, bəzən kifayər qədər böyük güzəştlər qazandırır
  • Sizdən başqa heç bir şəxs bankomatdan nağd pul götürə bilməz, çünki bunu etmək üçün yalnız kart sahibinə məlum olan şəxsi identifikasiya nömrəsini (PİN) bilmək lazımdır
  • Kart itirilən və ya oğurlanan zaman Sizin vəsaitləriniz tam mühafizə olunur. Kartı itirdiyiniz barədə dərhal Azərikarda məlumat verməyiniz kifayət edir. Sizin kart hesabınız bağlanacaq və cinayətkar artıq ondan istifadə edə bilməyəcək

 

Plastik kart - pullarınızı saymağı bacardığınızdan və bankınızın etibarından yararlandəğınızdan xəbər verir. Xaricdə bəzi xidmətlər, məsələn, avtomobillərin icarəyə verilməsi yalnız beynəlxalq plastik kart sahiblərinə təklif olunur. Plastik karta sahiblik özünə əminlik hissi yaradır. Bu kartın sahibinin yer kürəsinin istənilən nöqtəsində diqqət və hörmətlə dolu xidmət gözləməyə haqqı var.

Plastik kartın əsas üstünlüyü ondan ibarətdir ki, Siz əməkdaşlarınıza maaşlarını plastik kart vasitəsi ilə ödəyə bilərsiniz.


Azərbaycan Respubilkası AZ1033,
Bakı ş. Şahin Mustafayev küç. 27/121

Tel: (+994 12) 514 01 16, (+994 12) 514 01 17
Faks: (+994 12) 566 94 78

E-mail: info@nbcbank.az
URL: www.nbcbank.az


Programming by DreamArt © 2009