|
“RSM Kapital Karden” MMC “NBCBank” ASC-yə 2009-cu il üzrə rəyini təqdim etmişdir.
Müştərilərin etibarı - NBCBank üçün çox vacibdir!
Müştəri etibarını qazanmaq istənilən Bankın uğuru üçün təminatdır. Bankı göstərən əsas amildən biri Banka qoyulan əmanətin həcmidir. Müştərinin Banka etibar etməsi naliyyət amillərindən ən vacibidir. Bank üçün müştərinin etibarlığın göstəricisi isasən əmanətlərin sayıdır. İki ay ərzində NBCBank ASC “NBC 17” depozit növünə 1 000 000 manatdan çox vasait cəlb etmişdir. Cəlb olunan vasaitlərin 58% milli valyutada, 35% ABŞ Dollarında və 7% Avroda yerləşdirilmişdir. Əmanətçilərin çox qismi vasaitlərini 1 ildən 5 ilədək müddətinə yerləşdirməyə üstünlük veriblər.
Əmanət yerləşdirərkən əmanətçilər iki əsas amilə əsaslanıblar: NBCBank - ın etibarlı reputasiyası, hansı ki müddətə əmanəti daha üzün Bankda yerləşdirməyə səbəb olub və “NBC 17” əmanətin cəlbedici, sərfəli şərtləri.
“NBC 17” əmanəti NBCBank – ın depozit məhsullarının cərgəsinə 15 mart 2010 – cu ildə daxil edilib. Əmanətin minimal məbləği 500 AZN (500 USD/AVRO) təşkil edir, yerləşdirmə müddəti isə 1 ildən 5 ilədəkdir.
“NBC 17” adlanan lotereya çərçəvəsində isə iştrakçılar əlavə bonuslar və hədiyyələr əldə etmək imkanı qazanır. Lotereyada iştrak etmək üçün sadəcə “NBC 17” depozitinin sahibi olmaq kifayətdir.
Qeyd etmək lazımdır ki, 1 aprel 2010 –cu il tarixinə NBCBank ASC – nin fiziki şəxslər tərəfindən yerləşdirilən əmanətlərin həcmi 5 514 537 manat təşkil edir. Keçən ilin mevafiq dövrü aprel ayının 1 ilə müqasidə 52,4% artım qeydə alınmışdır. Bu göstəricilər müştərilərin Banka olan etibarının hər il artdığın aşkar sübutdur.
Etibarlıq Bank sistemi üçün digər sahələrdən fərqli olaraq çox dəyərli və vacibdir. Çünki müştərilər malik olduqları ən dəyərli varını – pullarını, bizneslərinin gələcəyini, özlərinin və övladlarının gələcəyini Banka etibar edir.
Qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi illik 12%-ə endirildi.
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurası Mərkəzi Bankla razılaşdırılmaqla 2010-cu il iyun ayının 1-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 12%-ə endirdi. Bu haqda məlumatı Kütləvi İnformasiya Vasitələri nümayəndələrinə Fondun icraçı direktoru Azad Cavadov açıqlayıb. Həmçinin A.Cavadov qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin endirilməsinin əsas səbəblərini açıqladı.
Bələ ki, 01 iyun 2010-cu il tarixindən etibarən ƏSF – na üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi 12 faizdən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Hal – hazırda hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manat təşkil edir.
Nəzərinizə çatdırmaq istərdik ki, “NBC Bank” “Əmanətlərin Sığortalanması Fondu” –nun üzvüdür və Fondun şərtlərinə uyğun olaraq bankda yerləşdirilən əmanətlər sığortalanır.
Mənbə : Əmanətlərin Sığortalanması Fondu
“Bankçılıq sahəsində regionlararası əməkdaşlıq: dayanıqlı maliyyə gələcəyi” mövzusunda konfrans keçirilib.
Bakıda Azərbaycan Banklar Assosiasiyası və Avropa Banklar Federasiyasının təşkilatçılığı ilə “Bankçılıq sahəsində regionlararası əməkdaşlıq: dayanıqlı maliyyə gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Avropanın aparıcı bank sektorunun nümayəndələrinin, ekspertlərin və Milli Məclisin deputatlarının iştirak etdikləri tədbirdə beynəlxalq maliyyə əməkdaşlığının perspektivləri və maliyyə-bank sistemlərinin inteqrasiyasında maliyyə mərkəzlərinin rolu müzakirə olunmuşdur.
Konfransda, eyni zamanda, “Beynəlxalq iqtisadi əməkdaşlıq”, “Maliyyə inteqrasiyasına maneələrin aradan qaldırılması”, “Azərbaycanın regional maliyyə mərkəzinə çevrilməsi”, “Maliyyə-bank sistemlərinin inteqrasiyasında regional maliyyə mərkəzlərinin rolu”, o cümlədən “Avro yeni beynəlxalq maliyyə arxitekturasında” mövzularında məruzələr dinlənilmişdir.(Mənbə: AzərTAc) Konfransda Nobel mükafatı laur., "avronun atası" hesab olunan prof. Robert A. Mandel də məruzə etmişdir. NBCBank -ı konfransda DAD -nin müdiri Zamiq N.Cahangirli təmsil etmişdir.Z.Cahangirlinin sözlərinə görə konfrans ölkə iqtisadiyyatı və bankçılığı üçün maraqlı məqamları ilə yadda qalmış, çox məhsuldar keçmişdir.
Mənbə : ABA
NBCBankın nümayyəndəsi Azərbaycan bank bazarında risklərin idarəedilməsi üzrə beynəlxalq səviyyədə tanınan sertifikat almış ilk mütəxəssislərdəndi
14 iyul – 23 sentyabr tarixlərində Risk Menecmenti Peşəkarları Assosiasiyası tərəfində Bakıda bank nümayyəndələri üçün seminar keçirilib. Həmin seminarda NBCBank – ın Risklərin İdarəolunması Departamentin müdiri E.Kazimov iştirak edib. Nəzərinizə çatdirmaq istərdik ki, 15 Sentyabr tarixində keçirilmiş Bank Risklərin və Tənzimlənməsinin əsasları təlim proqramı üzrə keçirilmiş yekun imtahaninda NBC Bankın nümayəndəsi tələb olunan balı toplamışdır.Bələliklə, NBC Bankın nümayəndəsi Azərbaycan bank bazarinda risklərin idarəedilməsi üzrə beynəlxalq səviyədə tanınan sertifikat almış ilk mütəxəssislərdəndir.
Risk Menecmenti Peşəkarları Assosiasiyası 2009-cu ilin may ayından Azərbaycanda fəaliyyətə başlayıb.
"Assosiasiyanın fəaliyyəti maliyyə institutları və şirkətlərinin risklərin idarə edilməsi üzrə, xüsusilə iqtisadiyyatın müxtəlif sektorlarına cəlb olunmuş bankların, lizinq və sığorta şirkətlərinin kvalifikasiya səviyyəsinin artırılmasına köməklik etməkdən ibarətdir. Hazırda assosiasiya Beynəlxalq Maliyyə Korporasiyası, Mərkəzi Bank və Azərbaycanda assosiasiyanı sertifikatlaşdıracaq Global association of risk professionals (GARP) ilə əməkdaşlıq edir.
Qeyd etmək istəyirik ki, NBC Bankda Risklərin idarəedilməsi və onun minimuma endirilməsi prioritet hesab olunur. Öz fəaliyyətində NBC Bankın üzləşdiyi risklərin minimuma endirilməsinə əsas yanaşma onların kəmiyyət parametrlərinin müəyyən edilməsi və risklərin idarəedilməsi üsullarının işlənib hazırlanmasıdır.
NBCBank bu sahədə inkişaf etməkdədir və təcrübəsini artirmaq üçün daim çalışır. Risk Menecmenti Peşəkarları Assosiasiyası tərəfindən keçirilən seminar NBCBanka Risklərin İdarəolunması sahəsində yüksək naliyyətlər əldə etmək üçün dəstək olur.
NBC Bank yeni depozit məhsulu “ Əmanət 007”-ni müştərilərinə təqdim etdi.
Bu yeni əmanət növü USAİD-in (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi) dəstəyi ilə yaradılıb. 2008-ci ilin oktyabr aylarından etibarən USAİD-in ekspertləri və NBC Bank -ın əməkdaşları arasında gərgin iş prosesi başlamışdır. Yeddi ay ərzində məhsulun üzərində müəyyən edilmiş işçi qrupu çalışmış və nəticədə “Əmanət 007” yaradılmışdır. Müştərilər üçün əmanətin əsas təyinatı onlara yeni məhsulla yanaşı yeni xidmətlər, əlavə güzəştlər və sərfəli faizlər təklif etməkdir.
Bu əmanət hər tərəfli universal olaraq pulunuzu bankda yerləşdirərək, həm də onu 100%-ə qədər sonradan artırmaq imkanı verir. Ən əsası isə artırılan məbləğə görə əmanətin faiz dərəcəsi məbləğdən asılı olaraq 2% və ya 4% artır.Bu əmanət “üçüncü şəxsin” adına da rəsmiləşdirilə bilər. Bunun üçün sadəcə olaraq üçüncü şəxsin şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Hər bir müştərinin seçimindən asılı olaraq əmanəti 1 aydan 7 ilədək yerləşdirmək olar. Bundan başqa, depozitin müddəti bitəndən sonra istədiyiniz vaxt əmanətinizi Bankda saxlamaqla avtomatik müddəti uzadmaq imkanı var. Təqdim olunmalı sənəd isə yalnız şəxsiyyətinizi təstiq edən vəsiqədir. NBC Bank əmanətçilərinə əmanətin məbləğindən və müddətindən asılı olaraq əlavə qüzəştlər də təklif edir.
Nəzərinizə çatdırmaq istərdik ki, NBC Bank “Əmanətlərin Sığortalanması Fondu” –nun üzvüdür və Fondun şərtlərinə uyğun olaraq bankda yerləşdirilən əmanətlər sığortalanır.
NBC Bank əməkdaşlarını Nabrana 3 günlük istirahətə göndərdi.
Hər il olduğu kimi, bu il də NBC Bank “Korporativ İdarəetmə” ənənələrinə sadiq qalaraq 17.07.09-cu il tarixində əməkdaşlarının korporativ istirahətini təşkil etmək üçün onları Nabrana 3 günlük istirahətə göndərmişdir.
Xatırladaq ki, yay mövsümü başlayandan bu tədbir artıq ikinci analoji tədbirdir. Belə ki, “Nurgün” Şirkərlər Qrupunun təşkilati dəstəyi ilə 06.06.2009-cu il tarixində başlayan 12.07.2009-cu il tarixinədək davam edən “Mini futbol turniri” – də NBC Bank-ın futzal üzrə komandası uğurla iştirak edərək 1- ci yeri tutmuş və turnirin kubokuna layiq görülmüşlər.
NBC Bank əməkdaşları üçün missiyasına sadiq qalaraq onların hər zaman professional və mədəni səviyyəsini artırılmasına xüsusi önəm verir, mütəmadi olaraq onların keyfiyyətli fəaliyyətini stimullaşdırır və yaxşı nəticələrinə görə motivasiya edir. Əməkdaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qeydinə qalaraq sosial rifahının daha da yaxşılaşması üçün çalışır.
NBC Bankın nümayyəndələri Risk Menecmenti Peşəkarları Assosiasiyası tərəfindən keçirilən seminarda iştrak edəcək.
Risk Menecmenti Peşəkarları Assosiasiyası 2009-cu ilin may ayından Azərbaycanda fəaliyyətə başlayıb.
"Assosiasiyanın fəaliyyəti maliyyə institutları və şirkətlərinin risklərin idarə edilməsi üzrə, xüsusilə iqtisadiyyatın müxtəlif sektorlarına cəlb olunmuş bankların, lizinq və sığorta şirkətlərinin kvalifikasiya səviyyəsinin artırılmasına köməklik etməkdən ibarətdir. Hazırda assosiasiya Beynəlxalq Maliyyə Korporasiyası, Mərkəzi Bank və Azərbaycanda assosiasiyanı sertifikatlaşdıracaq Global association of risk professionals (GARP) ilə əməkdaşlıq edir.
14 iyul – 23 sentyabr tarixlərində Risk Menecmenti Peşəkarları Assosiasiyası tərəfində Bakıda bank nümayyəndələri üçün seminar keçiriləcək. Həmin seminarda NBC Bank – ın İdarə Heyətinin üzvü F.Qənbərov və Risklərin İdarəolunması Departamentin müdiri E.Kazimov iştrak edəcəklər.
Qeyd etmək istəyirik ki, NBC Bankda Risklərin idarəedilməsi və onun minimuma endirilməsi prioritet hesab olunur. Öz fəaliyyətində NBC Bankın üzləşdiyi risklərin minimuma endirilməsi əsas yanaşma onların kəmiyyət parametrlərinin müəyyən edilməsi və risklərin idarəedilməsi üsullarının işlənib hazırlanmasıdır.
NBC Bank bu sahədə inkişaf etməkdədir və təcrübəsini artirmaq üçün daim çalışır. Risk Menecmenti Peşəkarları Assosiasiyası tərəfindən keçirilən seminar NBCBanka Risklərin İdarəolunması sahəsində yüksək naliyyətlər əldə etmək üçün dəstək olur.
Yeni Sumqayıt filialımız açıldı!
26 yanvar tarixində "NBCBank" ASC Azərbaycanın böyük şəhərlərindən biri olan Sumqayıt şəhərində təzə regional filial açıb. Filial Sumqayıt şəhəri, 3-cü mkr, Heydər Əliyev prospekti 22/54 ünvanında yerləşir. Filialın açılışı ilə əlaqədar olaraq lisenziya Milli Bank tərəfindən bu ilin əvvəlində verilib.
Filialda həm fiziki, həm də hüquqi şəxslər üçün nəzərdə tutulan bütün növ bank əməliyyatları mövcuddur: hesabın açılması, depozit, biznes və avto kreditlərin verilməsi, təcili pul köçürmələri: (Western Union,Contact,Migom, Privat Money,Leader, Xpress Money, Быстрая Почта), plastik kartlar( Master Card Maestro, Master Card Standart, Master Card Gold, Master Card VIP), valyuta mübadilə və s.
"NBCBank" ASC-nın artıq Gəncə şəhərində regional filialı var və Sumqayıt filialın açılması ilə öz fəaliyyət şəbəkəsini artırır. Həmçinin, bank şəhər iqdisadiyyatının inkişafına və əhalinin bank xidmətində olan ehtiyacların qarşılanmasına yardımçı olur.
"NBCBank" ASC 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycan bank bazarında öz yerini tutmuşdur. Bankın filialların sayı 7-yə çatıb, onlardan 5-i Bakı şəhərində yerləşir. Bu il ərzində "NBCBank" öz filial şəbəkəsini artırmağı nəzərdə tutub və buna nail olmaq üçün Azərbaycanın müxtəlif bölgələrində işlər aparılır.
NBC Bank "Xpress Money" təcili pul köçür sisteminə qoşulmuşdur.
"NBCBank" yanvar ayının 19-dan Xpress Money təcili pul köçürmə sisteminə qoşulmuşdur. Xpress Money bugün dünyanın 75 ölkəsində, o cümlədən ABŞ, Böyük Britaniya, əksər Avropa Birliyi ölkələri, əksər ərəb ölkələri, həmçinin MDB regionunda fəaliyyət göstərən 14 mindən artıq məntəqə ilə təmsil olunur. Əsas məqsəd kimi qarşısına müştərilərinə yüksək effektivliyi və keyfiyyətli xidmətlər təqdim etməyi qoyan şirkət hazırda rəqabətli üstünlükləri, banklarla fəaliyyətdə fərdi yanaşması və tətbiq edilən əməkdaşlıq şərtlərinin hesabına beynəlxalq pul köçürmələri bazarında möhkəm mövqelər qazanmışdır.
Xpress Money pul köçürmələri sistemi - əminlik, sürət və rahatlığı təmin edir.
Xpress Money sistemin üstünlükləri: köçürmənin yüksək sürəti - pulun göndərildiyi ölkədən asılı olmayaraq, 10 dəqiqədən sonra, pulu qəbul edən şəxs vəsaitdən istifadə edə bilər. Pul köçürmələrinin həyata keçirilməsi çox sadədir - pul köçürmələrinin qəbulu və göndərilməsi zamanı bankda müştərinin hesabının olması vacib deyil.
Qeyd edək ki, Xpress Money "NBCBank"-da fəaliyyət göstərən 7-ci təcili pul köçürmə sistemidir.
NBC Bank və USAİD arasında əməkdaşlıq uğurla davam etdirilir
19 sentyabr 2008 ildə NBC Bank və Bankworld İnc. arasında Texniki yardım barəsində Anlaşma Memorandum imzalandıqdan sonra birgə görülmüş işlər artıq öz bəhrəsini verməkdədir.
Layihə Azərbaycanda Maliıyyə Sektorunun Sabitliyi proqramı çərçivəsində kommersiya banklarına SME biznes fəaliyyətinin dəstəklənməsi məqsədilə texniki məsləhət və treninq xidmətlərinin təmin edilməsini nəzərdə tutur və Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarını iqtisadiyyatın kiçik və orta sahibkarlıq (KOS) sektoruna göstərilən maliyyə vasitəçiliyi xidmətlərinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmağa yönəldilib. Bankların müasir kredit təhlili və idarəetməni həyata keçirmək bacarığı, portfelin keyfiyyətini qoruyub saxlamaqla aktivlərin yüksək artımını dəstəkləmək, riskləri Bazel prinsiplərinə uyğun olaraq idarə etmək, depozit resurslarını səfərbər etmək, insan resursları üzrə müvafiq siyasəti həyata keçirmək və bir sıra əlavə maliyyə vasitəçiliyi xidmətlərini həyata keçirmək imkanları yollarını əhatə edir. Texnili yardım üçün maliyyə dəstəyi USAİD(Amerika Birləşmiş ştatlarının Beynəlxalq İnkişaf Agentliyi) tərəfindən həyata keçirilir.
NBCBank ASC -yə göstərilən texniki yardım 3 əsas sahəni əhatə edir: MIS/IT; Depozitlərin cəlb edilməsi; SME kommersiya bankçılığı.
MİS/İT bölməsi üzrə Bankworld İnc. eksperti NBC Bank-da treyninq keçirmişdir. Treyninqdə MİS, İT, kredit mütəxəssisləri iştirak etmiş və Yeni hesabat sisteminin yaradılması üzrə tövsiyələr almışlar. Hal-hazırda bu hesabat üzərində iş yekunlaşmaq üzrədir.
Həmçinin, Bankworld-un eksperti tərəfindən KOS müştərilərinə yüksək səviyyəli geniş maliyyə xidmətlərinin təklif olunması və planlaşdırılmasını əhatə edən seminar da keçirilmişdir. Seminarda əsas etibarilə kredit mütəxəssisləri iştirak etmişdir. Hal-hazırda KOS kreditlərinin verilməsi sistemində təkmilləşmə təklifləri üzərində, kredit mütəxəssisləri və "KOS müştəriləri arasında Münasibətlərə dair Konsepsiya"-nın hazırlanması üzərində iş gedir.
7000-ci plastik kart istifadəyə verildi
16 yanvar 2009-cu il tarixində NBCBank 7 000-ci kartını müştərilərinin ixtiyarına verdi. Bankımızın plastik kartları üğurla istifadə edilir və müştərilərə bu sahədə yüksək xidmət göstərilir. Təklif olunan plastik kartlar Master Card Maestro, Master Card Standard, Master Card Gold və Master Card VİP kartlarıdır.
NBCBank-ın plastik kartlarını istifadə edən müştərilərinin üstünlüyü aşağıdakılar təşkil edir:
* Plastik kartlar vasitəsilə bütün dünya üzrə 24 saat ərzində 30 mln.-dan artıq ticarət və xidmət məntəqəsində alış-veriş etmək, xidmətlərdən faydalanmaq, həmçinin nağd vəsait əldə etmək;
* Gömrük sərhədini keçərkən kart hesabında olan vəsaitə görə vergi verməkdən azad olmaq;
* Mehmanxana, restoran və aeroportlarda xidmətlər bron etmək;
* Avtomobillər icarəyə götürmək;
* İnternet vastəsilə alış-veriş etmək və s.
Daha ətraflı məlumat üçün plastik kartlar menyusuna keçin.
25.09.2009- cu il tarixinə "Əmanət 007" məhsulunun portfeli 1 000 000 manatı keçmişdir
Əmanət 007 yeni əmanət məhsulu üzrə cəlb edilən vəsaitlər durmadan artmaqdadır. Belə ki, 25.09.2009-cu il tarixinə olan məlumata əsasən əmanətin portfeli sentyabr ayının 18-ə artıq 1 000 000 AZN-i keçmişdir. Portfelin dinamik artımı əmanətçilərin banka olan etibarlılığına və sözü gedə əmanət növünün çox sərfəli olmasına bariz nümunədir.
“Əmanət 007” adlanan yeni məhsul bank müştərilərin cari istəklərinə və ehtiyaclarına əsasən yaradılmışdır. Bu məhsul imkan verir ki:
· İllik 24.5% qazanmaq imkanı əldə edirsiz
· Əmanətin məbləği müddətin yarısı ərzində artırılarsa, məbləğdən asılı olaraq əmanətin faiz dərəcəsi
· 2% və ya 4% artacaq,
· Əmanətin məbləğini azalda bilərsiz və ən əsası, azaltma 37% -ə qədər olarsa əmanətin faizi dəyişməyəcək
Əlavə olaraq, digər imkanlar;
· 35 günədək faizsiz kredit
· Pulsuz plastik kart
· Səyahət sığortası
Nəzərinizə çatdırmaq istərdik ki, NBC Bank “Əmanətlərin Sığortalanması Fondu” –nun üzvüdür və Fondun şərtlərinə uyğun olaraq bankda yerləşdirilən əmanətlər sığortalanır.
Bankla “RSM Kapital Karden” MMC arasında bağlanmış 28.10.2008-ci il tarixli üç illik müqavilə əsasında bu il “RSM Kapital Karden” MMC bankın maliyyə hesabatlarının kənar auditini aparmışdır. Kənar auditor draft versiyanı banka təqdim etdikdən sonra bankın məsul şəxsləri rey üzərində müzakirələr aparmış və may ayının 21-də isə Bankın məsul şəxslərinin kənar auditorlarla iclası keçirilmişdir. İclasda rey barədə fikir mübadiləsi aparılmış və yekun nəticəyə gəlinmişdir. Kənar auditor qeyd olunan iclasdan sonra rəyin yekun variantını banka 25.05.2010-cu il tarixində təqdim etmişdir.
Qeyd etmək isterdik ki, Bank İstifadəçilərə şəffaf və müqayisə oluna bilən, eləcə də yüksək keyfiyyətli məlumatın verilməsini təmin etmək məqsədilə öz hesabatlarını Beynəlxalq Maliyyə Hesabatları standartlarına uyğun hazırlayır. Bankın maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasını təmin etmək məqsədilə isə artıq 2003-cü ildən etibarən bank kənar auditorlara əməkdaşlıq edir.
2003-2007 -ci illər ərzində bank "Deloitte & Touch" MMC-lə əməkdaşlıq etmişdir.
2008-ci ildən etibarən isə "RSM Kapital Karden" MMC-lə əməkdaşlıq edir. RSM Kapital Karden ümumdünya miqyasında fəaliyyət göstərən RSM İnternational Beynəlxalq audit şirkətinin üzvü firmalar birliyinə daxildi. RSM İnternational 1964-cu ildə beş audit şirkəti tərəfindən yaradılmışdır. |